Azad olunan "Nida"çılar Fəxri Xiyabana aparılır - Foto

Xəbər verildiyi kimi dünən prezident İlham Əliyev 18 oktyabr - Müstəqillik günü ilə əlaqədar olaraq 86 məhbusun əfv olunmasına dair sərəncam imzalayıb.

Bu gün əfv sərəncamı icra edilib. Əfv olunanlar arasında "Nida" vətəndaş hərəkatının üzvü olan Bəxtiyar Quliyev, Şahin Novruzlu, Elsevər Mürsəlli də var.

Musavat.com əməkdaşının verdiyi xəbərə görə, bu gün onlar Şüvəlandakı cəzaçəkmə müəssisəsində təşkil edilmiş tədbirdən sonra azadlığa buraxılıblar.

Adları çəkilən gənclər, eləcə də azadlığa çıxan digər keçmiş məhbuslar cəzaçəkmə müəssisənin bayırında qohum-əqrəbaları və yaxınları tərəfindən qarşılanıblar.

Əməkdaşımız öyrənib ki, azad olunanları Fəxri Xiyabana, eks-prezident Heydər Əliyevin məzarını ziyarət etməyə aparacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar