Səddam Hüseynin zabitləri İŞİD-ə təlim keçir - Video

Zabitlər İŞİD-in əlinə keçən təyyarələri sürməyi pilotlara öyrədir

İŞİD-in ələ keçirdiyi qırıcılar vaxtilə onların pilotlarına təlim keçən və Səddam Hüseynin hakimiyyəti dövründə xidmət etmiş zabitlərdir.

ANS TV-nin məlumatına görə, ABŞ ordusu İŞİD-in Suriyada və ya başqa ərazilərdə hər hansı hava əməliyyatlarından xəbərsiz olduğunu bildirib. Qruplaşma son vaxtlar tez-tez Suriya və İraq ordusunun ağır texnikasını ələ keçirsə də, terrorçuların qırıcı ələ keçirməsi ilə haldır. Bildirilir ki, “MİQ-21” və “MİQ-23” modelindən olan qırıcıların silahlarla təchiz olunub-olmadığı məlum deyil.

Silahlılar İraqın paytaxtı Bağdada doğru irəliləməyə davam edir. İraq təhlükəsizlik qüvvələri Əl-Ənbar vilayətindən qərbdə 3 istiqamətində əməliyyatlara başlayıb.

Suriyanın Kobani şəhəində kürd özünümüdafiə qüvvələri ilə İŞİD arasında amansız döyüşlər gedir. ABŞ ordusu Koalisiyanın keçirdiyi hava əməliyyatlarının İŞİD-in hücumlarını zəiflətdiyini bildirsə də, aviazərbələrin hələ bir müddət davam etdiriləcəyini xəbər verib. İŞİD-dən bəzi məntəqələri geri alan kürd döyüşçülər ABŞ aviazərbələrinin effektivliyini danmasa da, kömək üçün quru qoşunlara və silah-sursata ehtiyac olduğunu bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar