Qubad İbadoğlu da Arif Hacılı ilə barışmaq istəmədi

"Arayışda göstərilən məsələlərin nə dərəcədə obyektiv araşdırılması çox önəmlidir. Ona dəyər verib, onun əsasında qərar çıxaracağıq”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqanlığına keçmiş namizədi Qubad İbadoğlu Arif Hacılının barışıq təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, cavab araşdırılmayana qədər bu məsələlərə münasibət bildirməyəcək:

“Bizim təqdim etdiyimiz arayış var, onun cavabını alan qədər “Müsavat” partiyasının daxili məsələləri ilə bağlı şərh etməmək qərarına gəlmişəm. Onun cavabını aldıqdan sonra, mövqeyimi bildirəcəyəm”. Q.İbadoğlu bildirib ki, partiyadaxili münasibətlərin pisləşməməsi üçün bir müddət susacaq:

“Bu ərəfədə onlara vaxt vermək lazımdır ki, otursunlar işimizi araşdırsınlar, tələblərin pozulması hallarını aşkara çıxarıb müvafiq tədbirlər görsünlər. Biz bir şey deyib, başqa cavab alırıq. Bu prosesin ləngiməsinə, partiyadaxili mənfi münasibtələrin şiddətlənməsinə gətirib çıxarır”.

Qeyd edək ki, bir müddət əvvəl Qubad İbadoğlu Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayışı və video çəkilişlərin diskini araşdırılması üçün Müsavat Partiyasına təqdim edib. Amma hələ də onun arayışına partiyadan cavab gəlməyib.

Bildirək ki, Müsavat başqanı Arif Hacılı rəqiblərini barışa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar