"Neftçi" Ebolaya əlac tapdı - Tofiq həkim...

Syerra-Leone millisinin üzvü Con Kamara Yunanıstanın II dəstəsində mübarizə aparan “Lamiya”nın heyətindən uzaqlaşdırılıb.

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan geri dönən futbolçu karantinə alınıb.

Buna səbəb “qara qitə”də yayılan Ebola virusudur. Kamaraya 21 günlük karantin müddətində komanda üzvləri ilə təmasda olmamaq göstərişi verilib.

“Neftçi”nin futbolçusu Julius Vobay da Syerra-Leonenin heyətində Kameruna qarşı oyunda 90 dəqiqə meydanda olub.

Bəs “Neftçi” rəsmiləri də Yunanıstan klubunun rəhbərliyi kimi qabaqlayıcı tədbir görüblərmi, Vobay həkim yoxlamasından keçibmi?

Komanda.az saytı bu məsələ ilə bağlı “ağ-qaralar”dan münasibət öyrənib.

Klub prezidenti Sadıq Sadıqovun müşaviri Elnur Əşrəfoğlu J.Vobayın nəzarət altında olduğunu bildirib: “Vobay Afrikadan qayıtdığı gündən bəri həkimlər ona nəzarət edir. Bədəninin hərarəti tez-tez yoxlanılır. Hələ ki, hansısa problem aşkarlanmayıb. Problem olarsa, klubumuzda çalışan Tofiq həkim var, onun iynələri ilə nəinki Ebolanın, başqa xəstəliklərin də qarşısını almaq olar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar