"Səhvimi anladım. YAP-a üzv olacağam"

Oktyabrın 18-də NİDA-çılardan Bəxtiyar Quliyev ilə Şahin Novruzlu və AXCP üzvü Elsevər Mürsəlli həbsxanadan buraxılıblar.

Elsevər Mürsəlli öz səhvini anladığını və bundan sonra YAP-a üzv olacağını bildirib. Eyni sözləri Bəxtiyar Quliyev də söyləyib. Onlar azadlığa çıxdıqlarına görə prezident İlham Əliyevə təşəkkür ediblər.

Şahin Novruzlu hər hansı açıqlama verməyib. O, birbaşa atasının yas mərasiminə yollanıb. Elsevər Mürsəlli ilə Bəxtiyar Quliyev isə eks-prezident Heydər Əliyevin qəbrini ziyarət etməyə gediblər.

Oktyabrın 17-də prezident İlham Əliyev bir qrup məhkumun əfv olunması haqda sərəncam imzalayıb.

Sərəncam bütövlükdə 84 nəfərə şamil edilib.

Onların arasında siyasi məhbus kimi tanınan Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və Həsən Hüseynlinin də adları var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar