Partiya sədrinin ölümündə şok iddia

Türkiyədə Böyük Birlik Partiyasının (BBP) keçmiş liderinin köməkçisi Mətin Gündoğdu qatıldığı televiziya proqramında şok iddia ilə çıxış edib.

Axar.az xəbər verir ki, Gündoğdu BBP-nin yaradıcısı Möhsün Yazıçıoğlunun qaranlıq ölümü ilə bağlı yeni iddia ilə çıxış edərək, qəzada Milli İstehbarat Təşkilatının (MİT) keçmiş bölmə sədri Ramazan Akyüreyi laqeydlikdə günahlandırıb.

Gündoğdu Türkiyədə böyük səs-küyə səbəb olan bu hadisənin pərdəarxası məqamlarına aydınlıq gətirərək, Yazıçıoğlunun dinlərarası dialoqa qarşı olduğunu deyib:

“Rəhmətlik Yazıcıoğlu nurçuların dinlərarası dialoq layihəsinə qarşı idi. Partiyada isə bir çox insan seçkilərində Ərdoğana dəstək verdi”.

Yazıçıoğluynun ölümündə nurçuların əli olduğunu deyən Gündoğdu 2009-cu ildə baş verən qəzada Ramazan Aykürəyin bilavasitə rolu olduğunu açıqlayıb:

“2004-cü ildən etibarən Trabzondaki hadisələrlər zamanı bu quruluşun (Gülən camaatının) içində olduğu iddia edilən Ramazan Akyürək 2009-cu ildə rəhmətlik Muhsin Yazıcıoğlu vəfat edərkən kəşfiyyat dairə başçısı idi. Amma kəşfiyyat Yazıçıoğlunun axtarış xilasetmə işlərindən boyun qaçırdı. Buna görə onlar ittiham olunmalıdır”.

Xatırladaq ki, 2009-cu il martın 25-də Möhsün Yazıçıoğlunu Qəhrəmanmaraşdan Yozqata aparan vertolyot naməlum səbəbdən qəzaya uğramışdı. Hələ də qaranlıq qalan qəzada 6 nəfər həyatını itirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar