Nəhəng adam qalıqları tapıldı - Video

Qalıqların prototürklərə məxsus olduğu düşünülür

Rusiyanın Kuban bölgəsində qədim "nəhəng adamlar"ın qalıqları tapılıb.

ANS PRESS-in məlumatına görə, tapılan qalıqlarda kişilərin boyu 2 metri keçir. Yerli "Selskaya qazeta"nın yazdığına görə, bu iri adamların qalıqları təsadüfən yüksək gərginlikli elektrik xəttinin çəkilməsi zamanı tapılıb və qazıntı zamanı təxminən 4,5 min əl əvvələ aid edilən kurqan ortaya çıxıb. Qazıntı zamanı dörd nəfərin - iki kişinin və iki qadının qalıqları ortaya çıxıb.

Kuban Arxeologiya Cəmiyyətinin əməkdaşı Vasili Matayevin sözlərinə görə, həmin dövrdə bölgədə köçərilərin yaşayıb və onların həyat tərzi barədə məlumatlar azdır.

Amma bununla belə, qalıqların prototürklərə aid olduğu güman edilir. Qalıqlar antropoloqlara verilib və onlar bu faktı dəqiqləşdirəcəklər. Rusiya alimi Anatoli Kolesovun araşdırmalarına görə, R1b geni daşıyan prtotürklər 4,5 min il əvvəl Baykal gölü ətrafından kütləvi köç edərək Şimali Qafqazdan Ön Asiyaya, oradan Misirə və Şimali Afrika yolu ilə İspaniyaya çıxıblar. Şumer, Assur kimi mədəniyyətləri prototürklər yaradıb. Şimali Qafqazdakı qədim mədəniyyəti də prototürklər yaradıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar