“Fəaliyyətimi davam etdirəcəyəm” - Həsən Hüseynli

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla əfv olunan QHT rəhbəri Həsən Hüseynli, gənc fəallar Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli azadlığa çıxıblar.

APA xəbər verir ki, oktyabrın 18-də həbsdən buraxılan Elsevər Mürsəlli və Bəxtiyar Quliyev Fəxri xiyabana gedərək mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər. “Azadlıq” radiosunun məlumatına görə, Şahin Novruzlu həbsdən çıxan kimi dörd gün əvvəl qəflətən vəfat etmiş atasının yasına yollanıb.

Həsən Hüseynli “Azadlıq” radiosuna deyib ki, azadlığa buraxılması onun üçün gözlənilməz olub: “Həbsdən çıxacağımı gözləyirdim, amma belə tezliklə olacağını yox. Prezidentə təşəkkür edirəm”.

2009-cu ildən Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyinin rəhbəri olan Həsən Hüseynli deyib ki, azadlığa çıxmağı gözlənilməz oldu deyə hələ konkret planları yoxdur: “Mənim fəaliyyətim Azərbaycan gəncliyi üçün faydalı iş idi. Fəaliyyətimi davam etdirəcəyəm”.

Həsən Hüseynli səhhətində problemlər olduğunu deyib: “Hələ həbs olunmamışdan öncə mədəmdə problemlər vardı. Həbsdə müalicə olunmağı planlaşdırırdım. Belə qismət oldu ki, müalicəni azadlıqda edəcəyəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar