Rəsul Quliyev cərrahiyyə əməliyyatı keçirdiyini təsdiq etdi - AÇIQLAMA

Azərbaycan parlamentinin sabiq sədri, uzun illərdir ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev cərrahiyyə əməliyyatı keçirdiyi barədə məlumatı təsdiq edib. Qeyd edək ki, dünən R.Quliyevin ağır cərrahiyyə əməliyyatı keçirdiyi haqda məlumat yayılmışdı. AzPolitika.info-nun məlumatına görə, eks-spiker bununla bağlı açıqlamasında bildirib:

"Həqiqətən ayaq damarımın daralması ilə əlaqədar 1 oktyabrda stend əməliyyatı aparılıb. Əməliyyatın başlaması və qurtarması 2 saat çəkib. 6 saatdan sonra evə buraxılmışam. Öz ayağımla getmişəm. 2 gündən sonra artıq maşınımı sürə bilirdim. Bir həftədən sonra 3 günlük səfərdə olmuşam. Bu həddən artıq sadə bir əməliyyat olduğu üçün heç kimə bildirməmişəm. Ancaq xəbər yayıldığına görə, şayiələri və fantastik uydurmaları sevdiyimizi (camaatın) bildiyimdən məsələni olduğu kimi izah etdim. Hamınıza can sağlığı arzulayıram."

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar