"140 ölkə özlərini orada ələ vermiş oldu"- Ərdoğan

Türkiyə Prezidenti Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük məsələsi ilə bağlı danışıb. Axar.az xəbər verir ki, Ərdoğan Türkiyənin TŞ-yə müvəqqəti üzv seçilməməsinə kəskin reaksiya verib.

Ərdoğan bəzi ölkələrin sözlərinə xilaf çıxdıqlarını bildirib: "140 ölkə bizə söz verdiyi halda, 140 ölkənin necə manevr etdiyini çox açıq formada gödük. İspaniyanın seçilmiş olmasından hər hansı bir üzüntümüz yoxdur, amma İspaniya Xarici İşlər naziri ilə qucaqlaşanlar bizi maraqlandırırdı. Çünki onlarla fərqli ortaqlığımız vardı, bunlar da özlərini orada ələ vermiş oldu".

Xatırladaq ki, 16 oktyabrda BMT TŞ-na keçirilən səsvermədə iştirak edən Türkiyə ikinci mərhələdə 60 ölkənin səsini toplayaraq, 132 səs toplayan İspaniyaya məğlub olmuşdu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar