“ABŞ-ın “xaos ustaları” Avropaya təzyiq edirlər - Amerikalı analitik

“ABŞ-ın Yaxın Şərqdə və Şərqi Avropada xoasu idarə etməsi dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır”. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, belə bəyanatla ABŞ-dan olan analitik Robert Perri çıxış edib.

O bildirib ki, çoxlu problemlərin yaranması iqtisadi xaosun yaranmasına təkan verəcək. “Amerikanın zəhlə tökən ideologiyalarını reallaşdırmaq üçün “xaos ustaları” iş başındadırlar. Amerikanın neo mühafizəkarları Rusiya prezidenti Vladimir Putinin cəzalandırılmasını istəyir. Çünki onların Suriyada hakimiyyəti dəyişmək istəkləri baş tutmadı”,-deyə ekspert bildirib.

Onun sözlərinə görə Avropa Birliyi Ukrayna məsələsində Ağ Evin təzyiq burulğanına düşərək Rusiyaya qarşı sanksiyalara qoşuldu. “Onlar nəticədə Avropanın cənub ölkələrini böyük ziyan vurdular. Avropaya Rusiya ilə əməkdaşlıq vacibdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar