Gürcüstan Rusiyaya aqressiv cavab hazırlayır

Rusiya ilə Abxaziyanın hərbi razılığına Gürcüstandan cavab gəlir

Gürcüstan Rusiya və qondarma Abxaziya arasında birgə müdafiə barədə razılığına aqressiv cavab verəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan xarici işlər naziri Maya Pancikidze bildirib.

“Aqressiv siyasət qabaqlayıcı siyasət deməkdir. Qərar Gürcüstan qarşısında duran çağırışlardan irəli gəlir”- deyərək Maya Pancikidze əlavə edib.

Qeyd edək ki, 28 oktyabr tarixinə Gürcüstan prezidenti milli təhlükəsizlik şurasının iclasını çağırıb. Bundan əlavə Gürcüstan Rusiya ilə əməkdaşlıq olanı hazırlayacaq. Ölkənin xarici siyasət kursu əvvəlki kimi qalacaq. Buarada Rusiya ilə əlaqələri yaxşılaşdırmaqla bərabər NATO və AB-yə inteqrasiyanın mümkünlüyü də nəzərdən keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar