Ebola gəlib Azərbaycan sərhəddinə dirəndi

Gürcüstanda Ebola xəstəliyinə yoluxması ehtimal edilən bir neçə nəfər həkimlərin nəzarəti altındadır.

Məlumata görə, bu barədə keçirilən mətbuat konfransında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Müşahidə Şurasının rəhbəri Paata İmnadze bildirib.

P.İmnadze son üç ay ərzində Qərbi Afrikadan Gürcüstana 84 nəfərin gəldiyini və xəstəlik ehtimalının məhz onlara aid olunduğunun mümkünlüyünü bildirib: "Gürcüstana gələnlərin çoxusu Nigeriyadan olub. Onlar 21 gün karantin keçdikdən sonra bu adamlara nəzarət edilmir. Məlumata görə, hələlik bir neçə nəfər həkimlərin nəzarəti altındadır".

P. İmnadze bildirib ki, xəstəliyə tutulmaq ehtimalı olan bir neçə nəfərin karantin müddəti hələ keçməyib və müddət sona yetdikdən sonra müayinə olunan bu insanlara daha nəzarət edilməyəcək.

Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb və sonra virus Syierra-Leone, Liberiya, Nigeriya, Konqo və Seneqal Demokratik Respublikasına yayılıb. Xəstəlik ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Ebola virusuna yoluxanların sayı 8000 nəfəri keçib və bu xəstəlikdən 4,5 min nəfər ölüb (APA).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar