İŞİD 17 yaşlı gənci çarmıxa çəkdi- 30-dan çox terrorçu öldürüldü

İŞİD üzvləri 17 yaşlı gənci çarmıxa çəkib. Virtualaz.org saytı xarici nəşrlərə istinadən xəbər verir ki, buna səbəb 17 yaşlı Abdulla el-Buşinin İŞİD-in Suriyadakı mərkəzlərinin şəklini çəkərək Suriya ordusuna satması olub.

İŞİD üzvlərinin iddiasına görə 17 yaşlı gənc çəkdiyi şəkilləri 500 türk lirəsinə satırmış.

Bu səbəbdən də el-Buşi İŞİD üzvləri tərəfindən Suriyanın Hələb şəhərində 3 gün çarmıxa çəkilib.

Bu arada antiterror koalisiyası İŞID-ın mövqelərinə yeni aviazərbələr endirib. ANS PRESS-in məlumatına görə, ABŞ və ona müttəfiq ölkələrin İraqda bu qrurlaşma üzvlərinin mövqeyini hələ də bombalamaqda davam edir.

Beynəlxalq antiterror koalisiyası Suriya ilə İordaniya sərhədinə yaxın Ər-Rəmadi şəhərinin qərbindəki administrativ mərkəz olan Al-Anbar vilayətindən İŞID-çıların mövqeyinə bir neçə zərbə endirib. Verilən məlumata görə minimum 30 İŞID üzvü məhv edilib.

Qeyd edək ki, Ər-Ramadi strateji cəhətdən mühim şəhərdir. Döyüşçülər tərəfindən ona hücum olunarsa, ardınca isə Bağdadın təxminən 57 kilometr qərbində yerləşən Əl-Fallucin şəhəri tutularsa İraqın paytaxtının işğalına böyük təhlükə ola bilər.

Yeri gəlmişkən, ABŞ başda olmaqla koalisiya qüvvələrinin güc tədbirlərinə baxmayaraq İŞID İraq və Suriyada yeni ərazilər zəbt etməkdə davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar