ABŞ-da kütləvi iğtişaşlar -VİDEO

ABŞ-da hər il keçirilən “Balqabaq festivalı” (Haloween) builki bayram ərəfəsində kütəvi qarışıqlıq və 30 nəfərin zərər çəkməsi ilə yaddaqalan olub.

ANS PRESS-in məlumatına görə, Amerikanın Nyu-Qempşir ştatında yerləşən Kin şəhərində Hellovin ərəfəsində keçirilən “Balqabaq festivalı” kütləvi qarışıqlığa səbəb olub. Tələbələr polisə pivə şüşələri və dəmir qabları atıblar.

Məlumata görə əsasən yerli kollec tələbələri olan bayram paradı iştirakçıları küçələrdə ocaq yandırıb, bütün yollara isə pivə şüşələri atılıb. Polis insanları sakitləşdirmək istəyərkən isə spirtli içki şüşələri artıq asayiş keşikçiləri tərəfə atılmağa başlayıb.

Nəticədə festival iştirakçılarını dağıtmaq üçün hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə etməli olub.

Bunun da nəticəsində 30 nəfər şəxs yaralanıb, onlarla gənc isə həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar