“Avropanı iqtisadi böhran gözləmir”- Barrozo

Avropa Komissiyasının sədri Xose Manuel Barrozo Avropa iqtisadiyyatının gələcəyi ilə bağlı optimist bəyanat verib: “Düşünmürəm ki, biz yenidən iqtisadi böhran dövrünə qayıdırıq”. Avropanın ən yüksək rütbəli siyasətçilərindən olan cənab Barrozanın bu fikri BBC radiosu vasitəsi ilə bütün dünyaya yayılıb. BBC radiosunun hazırladığı proqramda Beynəlxalq Valyuta Fondu və İqtisadi Əməkdaşlıq Təşkilatının proqnozlarının təhlili zamanı bu Avropa Komissiyasının sədri belə bir fikir səsləndirmişdi.

Eyni zamanda Xose Barrozo bu məsələ ilə bağlı aşırı optimizmə də elə bir əsas görmədiyini bildirib: “Biz özümüzü yersiz yerə sakitləşdirməkdən çəkinməliyik. Biz daha qətiyyətli formada iqtisadi islahatları davam etdirməliyik:” İqtisadi islahatlar bizim iqtisadiyyatımızı daha da gücləndirə və cəlbedici edə bilər”.

Qeyd olunur ki, porqtuqaliya əsilli Avropa Komissiyasının sədri Xose Barrozo 10 ilə yaxındır ki, bu vəzifəni icra edir. Tezliklə o,tutduğu kürsü ilə vidalaşmalı olacaq. Onun rəhbərlik etdiyi dövrdə Avropanın iqtisadi mənzərəsi o qədər də ürəkaçan olmayıb. İqtisadi böhran güclənib. Nəticədə euro-zonaya investisiya axını əhəmiyyətli dərəcədə aşağı düşüb.

Belə bir məqamda onun euro-zonanın iqtisadi inkişafı ilə bağlı səsləndirdiyi fikirlər xüsusi maraq kəsb edir. Xatırladaq ki, bir çox mütəxəssislər Avropanın yenidən iqtisadi böhrana daxil olacağı barədə mütəmadi xəbərdarlıqlar edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar