Lukaşenko Rusiyaya qarşı ərazi iddiaları irəli sürdü

Bir neçə gün bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko mətbuat konfransı keçirib. Həmişə olduğu kimi Lukaşenkonun bu mətbuat konfransı da bəzi maraqlı açıqlamalarla yadda qaldı. Rusiyanın “Regnum” agentliyinin yaydığı məlumatda bildirilir ki, Lukaşenko Belarusla Rusiya arasındakı ərazi mübahisələrindən danışıb. Bu zaman Lukaşenko qeyd edib ki, Rusiyanın Belarusun hansısa ərazisini əldə etməyə çalışmasından narahat deyil. Bizim Rusiyaya qarşı ərazi iddialarımız yoxdur. Lukaşenko daha sonra bildirib ki, Rusiya Belarusdan hansısa ərazini əldə etmək istəyərsə bu zaman Moskva Smolinsk, Bryansk və Pskov vilayətlərinin statusuna görə narahat olmalıdır. Rusiya unutmamalıdır ki, bu vilayətlər vaxtilə Belarusun tərkibində olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar