Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada öldü

Qusarda ölümlə nəticələnən qəzada ölən şəxsin kimliyi bəlli olub.

Qusar polis şöbəsi əməkdaşlarının apardığı tədbirlər nəticəsində ölənin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu, 1956-cı il təvəllüdlü, Qusarın Mucuq kənd sakini Şaiq Səbətulla oğlu Qaslanov olub. O, Qusar İcra başçısının Mucuq inzibati ərazi vahidliyi üzrə icra nümayəndəsi olub.

Qeyd edək ki, hadisə oktyabrın 18-də Qusarın Kirik kəndində baş verib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan "Mitsubishi" markalı avtomobil ağaca çırpılıb və sürücü hadisə yerindəcə keçinib. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar