Bakıda məktəb bağlandı - Araşdırma aparılır

Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb.

Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcəkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar