Casusluqda günahlandırılan jurnalistin müəmmalı ölümü

İŞİD və PKK-nın Kobanidəki döyüşünü izləmək məqsədilə bölgədə olan İran əsilli amerikalı jurnalist Serena Şin yol qəzasında ölüb.

Avropa.info-nun məlumatına görə, Şin dünən bəyanat verərək casusluqda günahlandırıldığını deyib. 30 yaşlı Serena Şim ilə operator Caddi Irişin olduğu avtomobilin qarşı tərəfdən gələn beton mikseri ilə toqquşduğu bildirilir.

Jurnalist Kobanidəki prosesləri izləmək məqsədiylə Türkiyənin Şanlıurfa rayonunda qəzaya düşüb. Jurnalist Şin hadisə yerində ölüb, operator isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sürücülərin adı isə açıqlanmayıb.

Şin bir gün öncə açıqlama verərək Ankara tərəfindən casusluqda günahlandırıldığını demişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar