İŞİD böyük səhvə yol verdi - Hərbi analitik

“İŞİD Kobanini mühasirəyə almaqla, özünə zərbə vurmuş oldu”. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bu fikri ingilis hərbi analitik Castin Bronk səsləndirib.

İngilis analitik İŞİD-in həm koalisiya qüvvələrinə, həm də kürd silahlılarına qarşı mübarizə aparmasının terrorçuların ziyanına işlədiyini bildirib: “Dörd həftədir ki, koalisiya qüvvələri İŞİD-ə zərbələr endirir. Hücumlardan qorunmaq istəyən İŞİD qüvvələri isə şəhərin mərkəzinə doğru geri çəkilir. Və bu zaman terrorçular kürdlərlə küçə döyüşləri aparmaq məcburiyyətində qalır. Kobani Türkiyə sərhədinin cənubunda yerləşir. Ətrafı böyük çöllərdən ibarətdir. Məncə, İŞİD-in Kobanini mühasirəyə alması strateji bir səhv idi”.

İraqın Səlahəddin şəhərində isə İŞİD-ə qarşı geniş əməliyyat keçirilib. Səlahəddin şəhərinin Tikrit və Beyci qəsəbələrində keçirilmiş əməliyyatlara İraq və ABŞ təyyarələri havadan dəstək verib. İraq müdafiə nazirliyinin açıqlamasına görə, əməliyyat vaxtı 94 İŞİD döyüşçüsü öldürülüb. Öldürülənlər arasında terror təşkilatının şəriət üzrə hakimi Əbu Aişənin də olduğu deyilir. Eyni zamanda, Tikrit və Beyci qəsəbələri arasındakı Əl Hamra, Əl Mihazam, Əl Haccac və Əl Muaskerat bölgələri İŞİD qüvvələrindən təmizlənib.

Fransa xarici işlər nazirliyinin mətbuat katibi Romain Nadal Suriya xalqının Bəşər Əsəd və İŞİD terrorçularının ümidinə buraxılmasının yolverilməz olduğunu söyləyib: “Heç kimə sirr deyil ki, İŞİD terror təşkilatı Bəşər Əsəd tərəfindən yaradılıb”.

R.Nadal Türkiyənin Suriyada təhlükəsiz bölgələr yaradılmasının məhz Suriya xalqının İŞİD terrorundan müdafiəsinə xidmət edəcəyini də sözlərinə əlavə edib.

35 gündür mühasirədə olan Kobaninin Tıl Şeir və Məzrə kəndlərindəki İŞİD mövqeləri koalisiya qüvvələri tərəfindən bombalanıb.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı sədrinin köməkçisi Valeriye Amos Türkiyənin Suruç qəsəbəsində yaradılmış çadır şəhərciyində suriyalı qaçqınları ziyarət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar