Prezidentlərin Paris görüşü nə vəd edir?

Vəfa Quluzadə bu görüşdən heç nə gözləmir

Oktyabrın 27-də Ermənistan və Azərbaycan prezidentlərinin Fransa prezidenti Ollandın iştiraklı ilə üçtərəfli görüş keçirməsi gözlənilir. Görüşə Minsk qrupunun üç həmsədri də qatılacaq.

Minsk qrupunun həmsədrləri isə bu görüş ərəfəsi regiona səfərlərinin yekunu olaraq məlumat veriblər ki,ÿoktyabrın 14-18-də regionda səfərləri zamanı hər iki ölkənin prezidentləri ilə görüşüblər. Onlar Fransa prezidenti Ollandın təklifi ilə bu ay Parisdə keçirilməsi planlaşdırılan prezidentlərin sammitinə hazırlığı da müzakirə ediblər.

Politoloqÿ Vəfa Quluzadəÿ prezidentlərin Parisdə keçiriləcək görüşündən heç bir gözləntisinin olmadığını bildirib. O, “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Rusiya regiona nəzarət etdiyi müddətdə ÿdanışıqlarda heç bir irəliləyiş gözlənən deyil:

“Ermənistan hələ ki, Rusiyanın tam nəzarətindədir. O müstəqil dövlət kimi bir addım atmaq iqtidarında olsa, böyük irəliləyiş əldə etmək olar. Ermənistan bu dəfə həqiqətənÿdə sülhdə maraqlı olduğunu bildirsə, Rusiyadan fərqli mövqe qoysa, bu, həqiqətən də irəliləyiş ola bilər. Ancaq mən hələ belə bir şey gözləmirəm. Çünki Rusiya hələ də Cənubi Qafqaz regionuna nəzarət edir. Ukrayna böhranı nəticəsində Rusiyanı zəiflətmək mümükün olarsa, Rusiya sanksiyalara görə imperiya mövqelərindən çəkilərsə və Ermənsitan müstəqilliyə doğru addım ata biləcəksə, bu, həqiqətən də irəliləyiş ola bilər və bunun əsası Parisdə qoyula bilər”.

Vəfa Quluzadə Minsk qrupu həmsədrlərinin növbəti səfərini isə ÿnəticəsiz adlandırır: “Bu, sıravi səfərdir. Ortalıqda təzə heç nə yoxdur. ATƏT-in Minsk qrupu həmişə özünün fəaliyyətinin olmasını nümayiş ÿetdirmək istəyir. Bu sadəcə tərəflərə növbəti müraciətdir ”gedin oturun danışın, sülhə nail olun. Bu da ki, 22 ildir davam edir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar