Ebola olan tibb bacısı sağaldı

Tereza Romeronun virus analizinin nəticələri mənfi çıxıb

İspaniyada Ebola virusuna yoluxan tibbi bacısının səhhəti ilə bağlı nikbin məlumatlar yayılıb. İspaniya səhiyyə rəsmilərinin yaydığı məlumata görə, Tereza Romero adlı tibb bacısının müalicədən sonra Ebola virusu ilə bağlı testi mənfi nəticə göstərib. Bu isə, 44 yaşlı tibb bacısının Ebola virusundan tam sağalması göstərir. tibb bacısı təkrar analiz verməlidir və bu test də mənfi nəticə göstərərsə, onu tam sağalmış hesab etmək olar.

Tibb bacısı hazırda Madriddə 3-cü Karlos xəstəxanasında müalicə alır.

Afrika hüdudlarından kənarda bu virusa yoluxan ilk xəstə olan Tereza Romero Afrikada Ebolaya yoluxan iki rahibin müalicəsində iştirak edərkən virusa yoluxmuşdu.

Ebola virusundan artıq Qərbi Afrikada 4500-dən çox adam dünyasını dəyişib. /ENEX

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar