Siyasi məhbus siyahısı: 7 nəfər çıxıb, 2 nəfər əlavə olunub

Avqustun 25-də Azərbaycanın bəzi hüquq müdafiə qurumları və vəkilləri siyasi məhbus hesab etdikləri 98 nəfərin siyahısını yaymışdı. “Media forum” saytı bildirir ki, ötən müddət ərzində siyahıdakı şəxslərdən 3-ü haqqında həbs qətimkan tədbiri dəyişdirilib, 4 nəfər isə əfv olunub.

Aprel ayında Bakıda nurçulara qarşı keçirilən əməliyyat zamanı tutulan Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Səbzəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ötən ay dəyişdirilib.

QHT rəhbəri Həsən Hüseynli, gənc fəallar Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli isə prezidentin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Bununla siyahıda 91 məhbusun adı qalıb. Ancaq “Media forum” saytının əldə etdiyi məlumata görə, jurnalist, siyasətçi Seymur Həzi və AXCP üzvü Murad Ədilovun adları əlavə olunduğundan hazırda siyasi məhbus siyahısında 93 nəfərin adı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar