Rusiya Qafqazda yerləşən qoşunlarını yeni silahlarla təchiz edir

2014-cü il ərzində Cənubi hərbi dairəsinə 70 ədəd hərbi texnika çatdırılıb.

Şimali Qafqazda yerləşən Cənubi hərbi dairəsi (CHD) ümumqoşun ordusu ilin sonuna qədər 250 ədəd ən yeni və xüsusi texnika alacaq, oxu.az RİA-Novosti-yə istinadən xəbər verir.

CHD motoatıcı birləşmələri yeni “Borisoqlebsk-2”, “İnfauna” və “Leer-2” radioelektron mübarizə kompleksləri, səyyar rəqəmsal radio stansiyaları, “Redut” əlaqənin idarəetmə məntəqəsi, eləcə də digər hərbi və xüsusi texnika əldə edəcək.

“Cari ilin sonuna qədər Şimali Qafqazda yerləşən Cənubi hərbi dairəsinin ümumqoşun ordusuna ilin sonuna qədər 250 ədəd ən yeni və xüsusi texnikanın çatdırılması planlaşdırılır”, - məlumatda deyilir.

2014-cü il ərzində CHD-yə 70 ədəd hərbi texnika çatdırılıb. Bura avtomobil və zirehli texnika, radioelektron mübarizə texnikası, radiokimya və bioloji müdafiə, tibbi xidmət, saper-mühəndis qoşunları üçün avadanlıqlar daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar