Kataloniyalılar erkən seçki tələb edirlər

Oktyabrın 19-da müstəqillik tərəfdarı olan minlərlə kataloniyalı erkən seçki tələbi ilə aksiya keçirib. Səbəb isə əyalətin lideri Artur Masın İspaniyadan ayrılmaqla bağlı referendumu gecikdirməsidir.

"Cənab prezident, seçkilər keçirilsin! Biz 3 ay ərzində seçkinin keçirilməsini tələb edirik. 2015-ci ilin yazını yeni parlamentlə qarşılamaq istəyirik", - İspaniyanın şimal-şərq regionunda müstəqillik uğrunda böyük aksiyanın təşkilatçısı, Katalon Mili Assambleyasının (ANC) lideri Karme Forkadel bildirib.

Federal hökumətin Konstitusiya Məhkəməsinə müraciətindən sonra, oktyabrın 14-də Masın başçılıq etdiyi katalon regional hökuməti referendumunu təxirə salıb.

Əvəzində isə o, məhkəməni razı salmaq üçün noyabrın 9-da hüquqi cəhətdən məcburi olmayan "məsləhətləşmə" üçün simvolik səsvermə keçiriləcəyini bildirib. Mas rəsmi seçicilərin hamısını əhatə etməyən səsvermə keçirilməsini təklif edib. Bu isə referendum planlarına uyğun deyil.

Artur Masın güzəşt vədləri Kataloniyanın müstəqillik tərəfdarlarını qane etməyib. Çərşənbə günü müxalifət partiyaları bildiriblər ki, referendum planlaşdırılan vaxtda baş tutmasa, erkən regional seçkilər keçirilməlidir.

Son illərdə öz dili və mədəniyyəti ilə öyünən 7,5 milyonluq Kataloniyanın müstəqillik həvəsi artıb. Qeyd edək ki, İspaniyanın iqtisadi məhsulunun təxminən beşdə birini Kataloniya verir. /AFP

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar