“Xəzəryanı ölkələr xaricdən müdaxilələrlə üzləşir” - Sergey Lavrov

Russian FM Lavrov attends news conference in Moscow“Xəzəryanı ölkələr boru kəmərlərinin çəkilişi zamanı xaricdən müdaxilələrlə üzləşir”.

“APA-Economics” Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu məsələdə əsas təkanverici qüvvələr Avropa məmurlarıdır. Xəzəryanı ölkələr ekoloji təhlükəsizliyi təmin etməklə hansı şərtlərlə transxəzər boru kəmərlərinin çəkilişi ilə bağlı qərarları özləri verməlidir. Həm də, bunu birgə etməlidirlər”, - deyə nazir izah edib.

Xatırladaq ki, sentyabrda Həştərxanda Xəzərə çıxışı olan beş ölkənin forumu keçirilib. Həmin tədbirdə ölkələr birgə siyasi bəyanatla çıxış ediblər. Sənəddə ilk dəfə olaraq Xəzərdə beştərəfli əməkdaşlığın əsas prinsipləri müəyyənləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar