Sərkisyanı tənqid edən deputatın mikrofonu söndürüldü

Ermənistan parlamentində qalmaqal yaşanıb. Virtualaz.org "Novosti Armenii"-news.am saytına istinadən bildirir ki, 4 gün davam edəcək parlament müzakirələrinin əvvəlində müxalifətçi “İrs” Partiyasının təmsilçisi Zarui Postandcyanın çıxışı zamanı mikrofonu söndürülüb.

Buna səbəb isə xanım siyasətçinin Sərkisyanı prezident kimi tanımaması olub. Deputat “ilk olaraq demək istəyirəm ki, Serj Sərkisyan Ermənistanın prezidenti deyil, ancaq sizin qruplaşmanın rəhbəridir” fikirlərini səsləndirib.

Bu zaman Ermənistanın hakim Respublikaçılar Partiyasının deputatları onun sözünü kəsməyə çalışıblar.

Xanım deputatın “əgər o prezidentdirsə, parlamentə əmr vermək haqqı yoxdur” sözlərindən sonra isə mikrofonu vitse-spiker Eduard Şarmazanov tərəfindən söndürülüb.

Mikrofonu söndürməmişdən əvvəl vitse-spiker deyib: "Əzizim, mən yatmıram və hər şeyi görürəm. Ona görə də fikirləşirəm ki, mikrofonunuzu necə söndürüm. Siz də çalışın, hamımız kimi, etika çərçivəsindən kənara çıxmayasınız".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar