Türkiyə kürd yaraqlılarının Kobaniyə keçməsinə icazə verib

Türkiyə saytları rəsmi Ankaranın bazar ertəsindən etibarən peşmərgəyə (kürd yaraqlıları) Türkiyə ərazisindən keçərək Kobaniyə döyüşməyə getməyə razılıq verdiyi barədə məlumat yayıb.

Yayılan xəbərlərə görə, İraqın şimalındakı kürd muxtariyyət rəhbərliyi kürd xalqı və siyasi partiyaların xahişini nəzərə alaraq, kürd silahlı güclərinin və yardımların Kobani bölgəsinə çatdırılmasına icazə verib.

Artıq bir aydan çoxdur ki, Suriyanın Türkiyə ilə həmsərhəd olan Kobani qəsəbəsində kürd yaraqlıları ilə “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşması arasında savaş gedir. Rəsmi Ankara Türkiyə dövləti maraqlarından irəli gələrək döyüşlərə qatılmayıb. Eyni zamanda, Türkiyə İŞİD-ə qarşı koalisiya qüvvələrinin israrına baxmayaraq, kürdlərə hərbi yardımdan belə imtina edib. Buna cavab olaraq, Türkiyədə yaşayan kürdlər ayrı-ayrı şəhər və qəsəbələrdə yanğın və qətllərlə müşayət edilən cinayətlər törədiblər.

Türkiyənin kürd yaraqlılarını Kobaniyə buraxmaq icazəsinə gəlincə isə, görünür, rəsmi Ankara Türkiyənin maraqları naminə dünyanın aparıcı güclərindən hansısa təminatları ala bilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar