Bakı şeyxlərinə yeni oyuncaq: 6 təkərli “Mercedes”i kim satır... - Fotolar

Bu gün informasiya lentlərində Bakıda satışa çıxarılan qeyri-adi “Mercedes” haqda xəbər yayıldı.

Söhbət varlı ərəblər arasında populyar olan 6-təkərli “Mercedes-Benz G63 AMG”dən gedir. Lakin Bakı şeyxlərinə bu yeni oyuncağı hansı avtosalonu təklfi etdiyi və digər detallar məlum deyildi.

Virtualaz.org saytı 544 at gücünə malik olan, 4500 kq ağırlığında olan bu nəhəngin barəsində kiçik araşdırma aparıb. Məlum olub ki, 6-təkərli “Mercedes”in satışına dair elan populyar avtomobil elanları saytı turbo.az-da yerləşdirilib. Maşını satışa çıxaran isə "SABA CARS AvtoDünya" avtosalonudur. Saytın müxbiri salonla əlaqə saxlayıb. Lakin telefon zəngimizə cavab verən şəxs maşınla bağlı sullarımızı cavablandırmaqdan imtina etdi. O, bu cür bahalı avtomobilin qiyməti və digər detallar barədə yalnız onu ala biləcək şəxslə danışa biləcəklərini dedi.

"SABA CARS AvtoDünya" salonunun satış və marketinq üzrə meneceri Aqil Quliyev isə turbo.az saytında 6-təkərli “avtomobilin eksklüziv və spesifik olduğu üçün qiymətlərin yalnız və yalnız müştəri və ya onu təmsil edən şəxs ilə üzbəüz müzakirə olunduğunu” yazıb.

“Mercedes-Benz G63 AMG” 6x6 BRABUS Edition” markalı maşın haqqında ümumi məlumatı təqdim edirik:

G63 AMG-nin standart zavod qiyməti - 240 000 dollar

AMG 6x6 texnologiyası ilə qiyməti (razılaşmaya görə)

BRABUS avadanlığının qiyməti (razılaşmaya görə)

Ötürücü: 6x6

Gücü: 400 kvt (544 at gücü təşkil edir),

Məsafə: 0-100 km/s. - 7,4 saniyə.

Maksimal sürət: 210 km/s

Nəqliyyat vasitəsinin ümumi kütləsi: 4500 kq

Şinlərdəki təzyiqin tez tənzimlənməsi sistemi.

Kuzovun (DxBxŞ) ölçüləri: 5875/2110/2280 mm

Klirens (yol zolağının hündürlüyü) - 460 mm və s.

Maşın 5500 kubsantimetr işçi həcmli mühərriklə təchiz olunub. 100 km/saat sürəti cəmi 7,4 saniyəyə yığır.

Bakı küçələrində qiyməti yüz minlərlə, milyonlarla dollar olan bahalı idman avtomobillərini görmək artıq qeyri-adi hadisə hesab edilmir. Bu baxımdan zəngin Bakı şeyxlərinin tezliklə ərəb şeyxlərinin sevimlisi olan 6-təkərli “Mercedes”i də alacaqlarını təxmin etmək olar.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="4" ids="63172,63173,63174,63175,63176,63177,63178,63179"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar