İcra başçısının oğlu avtoqəzada yaralandı

Ceyhun Cəfərovun oğlunun xaricdə təhsil alan dostu evlərinə çatmadan avtoqəzanın qurbanı olub

Oktyabrın 19-da paytaxtın “Neftçilər” prospektində ağır yol-nəqliyyat qəzası baş verib. Port-Baku Towers-in qarşısında “BMW” markalı avtomobil TİR-lə toqquşub.

Nəticədə sürücünün yanında oturan 20 yaşlı gənc hadisə yerində keçinib.

Avtomobildəki digər 3 nəfər ağır yaralı halda xəstəxanaya çatdırılıb. Yaralılardan birinin Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun oğlu olduğu bildirilir.

Həlak olan gənc xaricdə təhsil alıb və ailəsinin istəyinə görə qısamüddətli tətil alaraq, Bakıya dönürmüş. Ceyhun Cəfərov oğlu isə 2 dostu ilə onu hava limanında qarşılayaraq, evlərinə müşayiət edirmiş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar