Keçmiş baş nazirə yeni iş kəsdilər

“Media forum” saytı xəbər verir ki, oktyabrın 20-də Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq baş naziri Vano Merabişviliyə 3 il həbs cəzası kəsib.

Merabişvili 2006-cı ildə öldürülmüş Birləşmiş Gürcüstan Bankının əməkdaşı Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Bu hökm ona sabiq daxili işlər naziri kimi oxunub.

Merabişvili sabiq prezident Saakaşvilinin ən yaxın silahdaşlarından biridir. O, 2004-2012-ci illərdə daxili işlər naziri postunu tutub, 2012-ci ildə baş nazir olub.

Qirqvlianinın meyiti 2006-cı ilin yanvarında Tbilisi ətrafındakı qəbiristanlıqda tapılıb. Onun qətlinə görə bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin sabiq məmurları Geronti Alaniya, Valerian Metreveli və Oleq Melnikova da hökm oxunub. Onların hər birinə 4 il 6 ay müddətinə həbs cəzası verilib.

2014-cü il fevralın 27-də Tbilisi Şəhər Məhkəməsi Merabişviliyə 4 il yarım iş kəsib. O, 2011-ci ilin mayında müxalifətin aksiyasının dağıdılmasında ittiham olunub.

Fevralın 17-də isə Kutaisi Şəhər Məhkəməsi Merabişvilini 5 il müddətinə azadlıqdan məhrum edib. Sabiq baş nazir seçicilərin pulla ələ alınması, dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar