Mərkəzi Elmi Kitabxananın keçmiş direktoruna yeni vəzifə verildi
Baxiş sayı:
Dərc olunub:
20/10/2014 - 16:35
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna direktor müavini təyin edilib.
Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmlər doktoru A.Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna elmi işlər üzrə direktor müavini təyin edilib.
Bu gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli A.Əliyeva-Kəngərlini kollektivə təqdim ediblər.
Qeyd edək ki, A.Əliyeva-Kəngərli uzun müddət AMEA Mərkəzi Elmi Kitabxanasına rəhbərlik edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.