Əvəz Zeynallı ailəsi ilə görüşüb

Məhbus jurnalist Əvəz Zeynallının ailəsi onunla görüşüb.

Əvəz Zeynallı Bakıdakı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Jurnalistin xanımı Məlahət Zeynalova “Media forum” saytına deyib ki, Əvəz Zeynallının vəziyyəti, əhval-ruhiyyəsi yaxşıdır: “Oktyabrın 17-si, 18-si və 19-u görüşdə olduq. Oktyabrın 17-si qızımın ad günü olduğu üçün görüşə icazə verildi. Əvəz bəyin elə bir problemi yoxdur. Hər şey yaxşıdır. Hətta səhhətində müsbət dəyişikliklər var. Bu da bizi sevindirdi. Görüş zamanı məhkəmə işlərini də müzakirə etdik”.

Hazırda nəşrini dayandırmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar