"Rusiya və ABŞ arasındakı soyuqluq uzun çəkəcək" - Lavrov

lavrov080720014Rusiya və ABŞ münasibətlərindəki soyuqluq uzunmüddətli olacaq.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin xarici siyasət məsələləri üzrə açıq mühazirəsində bildirib.

"Bu soyuqluq uzun çəkəcək. Buna səbəb Ukrayna böhranının davam etməsi və ya hər kəsin səylərini konstruktiv məcrada birləşdirmək üzərində düşünmək məcburiyyəti olmayacaq. Bu, həm də ona görə uzun çəkəcək ki, amerikalıların dünyadakı yerlərini yenidən dəyərləndirmələri, onların son onillik ərzində baş verənləri, eləcə də yeni iqtisadi mərkəzlər, maliyyə gücü və siyasi təsirin möhkəmləndirilməsinin gələcəkdə heç bir alternativinin olmayacağını dərk etməsi vaxt alacaq. Lakin bu proseslər artıq gedir.", - Rusiyanın XİN rəhbəri belə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar