“Donbasın heç bir xüsusi statusu olmayacaq” - Poroşenko

“Donbasın heç bir xüsusi statusu mövcud deyil. Bütün bunlar Kremlin təbliğatı və rusiyayönlü separatçıların baxışıdır”.

Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, belə bir açıqlama iə Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

Onun sözlərinə görə, söhbət yalnız Donetsk və Luqansk vilayətlərində yerli özünü idarənin və seçkilərin xüsusi qaydasından gedir.

“Şərqə seçkilər müstəsna olaraq Ukrayna qanunvericiliyi əsasında, beynəlxalq müşahidə altında keçməlidir. Kimə bu, xoş gəlmirsə, haradan gəlib ora da getməlidir. Ya da silahı yerə qoyub amnistiya haqda qanundan yaralanmalıdır - əgər heç kimi qətlə yetirməyibsə”, - deyə Ukrayna lideri xəbərdarlıq edib.

Oktyabrın 16-da Poroşenko “Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yerli özünüidarənin xüsusi qaydası haqqında” Qanun imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar