Ruhani qondarma soyqırım tədbirinə dəvət aldı

Həsən Ruhaninin dəvəti qəbul edib-etmədiyi bilinmir

Ermənistan baş naziri Hovik Abrahamyan ilə İran prezidenti Həsən Ruhaninin görüşü erməni təxribatından yan qalmayıb.

ANS PRESS-in məlumatına görə, prezidentlə görüşü zamanı vəziyyətdən istifadə edərək Abrahamyan Həsən Ruhanini 2015-ci il aprelin 24-də İrəvanda keçiriləcək qondarma erməni soyqırımına həsr edilən tədbirə Sərkisyanın dəvətini çatdırıb.

İran prezidenti diplomatik yolla dəvətdən boyun qaçıraraq prezidentə salam göndərib.

Qeyd edək ki, görüşdə Qarabağ münaqişəsindən də söz açılıb və hər iki tərəf münaqişənin yalnız sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacib olduğunu bildirib. Ruhani regionda stabilliyi əsas amil kimi qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar