Vergilər Nazirliyi planı fiziki şəxslərin hesabına doldurur

Oktyabrın 1-i üçün ƏDV üzrə dövlət büdcəsinə mədaxil 1 mlrd 494 mln 815,1 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +19,5%) olub, deyə nazirliyin mətbuat xidməti bildirir.

2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 346 milyon 762,8 min manat təşkil edib: mənfəət vergisi 1 mlrd 731 mln 930,6 min manat (hüquqi şəxslər mənfi 4,1%), fiziki şəxslərin gəlir vegisi 708 mln 398,5 min manat (+16,2%).

Aksiz vergisi 583 mln 567 min manat (+52,2%), mədən vergisi 94 mln 241,3 min manat (+ 4,1%), torpaq vergisi 28 mln 263,5 min manat (+15,42%), əmlak vergisi 103 mln 929,6 min manat (+19,8%), sadələşdirilmiş vergi 110 mln 967 min manat (+24,8%), yol vergisi 19 mln 206 min manat (+6,1%) olub.

Dövlət rüsumu 82 mln 745,1 min manat (mənfi 7,2%), «başqa növlər» - 388 mln 699,1 min manat (mənfi 22,8%) təmin edib.

Bu il üçün nazirliyin planı 7 mlrd 102 mln manatdır. /contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar