"İranın atom proqramının miqyası bəlli deyil" - BMT

BMT-nin nüvə agentliyinin rəhbəri İranın ötən avqustda razılaşdığı bütün nüvə şəffaflığı tədbirlərini yerinə yetirməli olduğunu deyir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano güman edir ki, Tehranın atom tədqiqatları təkcə dinc məqsədlərlə məhdudlaşmır.

Agentlik başçısı oktyabrın 20-də onu da bildirib ki, Tehran ötən il əldə olunmuş razılaşmadakı “praktik tədbirlərin çoxunu” yerinə yetirib.

“İranın Əməkdaşlıq Çərçivəsində razılaşdırılmış bütün praktik tədbirləri vaxtında yerinə yetirməsi vacibdir,” Amano bildirib.

Birləşmiş Ştatlar və daha beş dövlət İrandan BAEA müfəttişlərinin atom tədqiqatı ərazilərinə daha geniş çıxışına şərait yaratmağı tələb edib. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar