Ölən Total prezidenti kimdir?

o siyasi cəhətdən “qaynar nöqtələr” sayılan İraq və ya Myanma kimi ölkələrdə fəaliyyətə cavabdeh olub

Xəbər verdiyimiz kimi Moskvada Vnukovo aeraportunda baş verən aviaqəzada Fransa neft şirkəti Total-ın prezidenti Kristofer de Marjeri həlak olub.

ANS PRESS-in məlumatına görə, 63 yaşlı Marjeri karyerasını rəhbərlik etdiyi şirkətin maliyyə şöbəsində 1974-cü ildə başlayıb. 2007-ci ildə isə şirkətin prezidenti vəzifəsdinə kimi yüksəlib.

“Uzun bığ” ləqəbli Marjeri şirkətdə kəşfiyyat işləri və istehsala rəhbərlik edib. Bundan əlavə o siyasi cəhətdən “qaynar nöqtələr” sayılan İraq və ya Myanma kimi ölkələrdə fəaliyyətə cavabdeh olub.

Qeyd edək ki, Fransanın Total şirkəti Avropanın 3-cü ən böyük neft şirkətidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar