TƏHLÜKƏ DOLU ANLAR: Bakıda 15 vaqon relsdən çıxdı

Bakının Nizami rayonunda qatar qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Yanacaq məhsulları ilə dolu olan təxminən 15 vaqon relsdən çıxıb və vaqonların aşma təhlükəsi yaranıb.

Vaqonların relsdən çıxdığı ərazi Keşlə qəsəbəsində yaşayış evlərinin yaxınlığında yerləşir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qəzanın nəticələri aradan qaldırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar