Azərbaycanda dinlə bağlı yeni komissiya yaradıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında fəaliyyət göstərəcək Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı tədbir keçirilib.

Komitədən verilən məlumata görə, iclas dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, səmərəli dini maarifləndirmənin aparılması, dini radikalizmə qarşı mübarizədə effektivliyin artırılması məqsədilə keçirilib.

Tədbirdə tanınmış ilahiyyatçılar, dinşünaslar və ölkədəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı Komissiyanın əsas məqsədləri barədə məlumat verib. M.Qurbanlı dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının nəzdində ictimai əsaslarla komissiyaların yaradıldığını və bu cür komissiyaların beyin mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd edib. Dinşünaslıq üzrə Komissiyanın Əsasnaməsinin lahiyəsi ilə tanışlıqdan sonra tədbirə dəvət olunmuş alimlər fikir və təkliflərini bildirdilər. Komissiyanın yaradılmasını yüksək dəyərləndirən alimlər onun fəaliyyətinin ölkədəki dini duruma və maarifləndirmə prossesinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar