Həbs yerləri və siyasi məhbuslarla bağlı hesabat hazırlanıb

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabat hazırlayıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin “Media forum” saytına verdiyi məlumata görə, hesabat üç istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtiva edir – həbs yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi: “Hesabatın əsas bölümlərindən biri siyasi məhbus problemi ilə bağlıdır. Sənəddə siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar, mühakimə prosesləri və məhkəmə hökmləri, əfv imitasiyası, yerli və beynəlxalq rəylər əks olunub.

Həbs yerlərində məhbuslara işgəncə verilməsi ilə bağlı da ətraflı araşdırmalar aparılıb. Sənəddə dustaqların saxlanma şəraiti ilə bağlı məqamlar yer alır, Penitensiar Xidmətin cəmiyyət üçün qapalı bir qurum olduğu vurğulanır”.

Yaxın günlərdə hesabatın ictimai təqdimatının keçirilməsi nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar