“Total” prezidentinin ölümünə səbəb olan sürücü sərxoş imiş

Fransanın “Total” neft-qaz şirkətinin prezidenti Kristof de Marjerinin (Christophe de Margerie) təyyarəsinin toqquşduğu qartəmizləyən maşının sürücüsü içkili olub.

APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Vladimir Markin bildirib.

“İstintaq zamanı müəyyənləşib ki, qartəmizləyən maşının sürücüsü alkoqolun təsiri altında olub”, - deyə V. Markin söyləyib. O, hava limanının bəzi işçilərinin də istintaqa cəlb olunacağını deyib.

Xatırladaq ki, oktyabrın 21-nə keçən gecə Moskvanın “Vnukovo-3” hava limanında “Falkon-300” tipli kiçik mühərrikli 4 nəfərlik təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə aşıb və yanıb. Hadisə zamanı Fransanın “Total” neft-qaz konserninin prezidenti Kristof de Marjeri və daha 3 nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar