Türkiyə Azərbaycandan “al və ya ödə” prinsipi ilə qaz tədarükündən imtina edəcək

Gələn ildən Türkiyə Azərbaycandan “al və ya ödə” prinsipi ilə qaz tədarükündən imtina edəcək.

“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız yerli NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, keçən il Türkiyə Rusiya ilə “al və ya ödə” prinsipinə son qoyub: “Bu ilin sonunda Türkiyə İranla qaz tədarükündə bu prinsipdən imtina edəcək. Gələn ildən isə Türkiyə Azərbaycandan qaz tədarükündə də “al və ya ödə” prinsipindən imtina edəcək. Biz almadığımız təbii qaza görə pul veririk. Bunun avans ödəmələri vətəndaşımızın cibindən çıxan pullardır, bunu bilmək lazımdır. Bunun da yoluna qoyulacağı qənaətindəyəm”.

Qeyd edək ki, Türkiyə İran qazının 1 000 kubmetrini 490 dollara alır. Cənubi Qafqaz boru kəməri ilə tədarük olunan Azərbaycan qazının 1 000 kubmetrinə görə ölkə 335 dollar ödəyir.

Rusiya qazının 1 000 kubmetri Türkiyəyə 425 dollara başa gəlir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar