Ərdoğan "Gülən hərəkatı"na qarşı xüsusi əməliyyatları bərpa etdi

gulen-erdogana-beddua-ettiTürkiyə hökuməti hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülənin hərəkatına qarşı xüsusi əməliyyatları bərpa edib.

"Trend" xəbər verir ki, bu barədə çərşənbə axşamı “TRT Haber” məlumat yayıb.

Ankarada keçirilən xüsusi əməliyyatlar zamanı Türkiyə kəşfiyyatının 18 əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Türkiyədə iyulun 22-də "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb.

Onların arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar