ARDNŞ Gürcüstanda neft məhsullarını ucuzlaşdırır

"SOCAR Georgia petroleum" şirkəti Gürcüstanda neft məhsullarını yenidən ucuzlaşdırır.

Şirkət bildirir ki, oktyabrın 13-dən "SOCAR Georgia petroleum" şəbəkəsində neft məhsulları ucuzlaşıb. Oktyabrın 17-dən qiymətlər 3-5 tetri (2-3 sent) ucuzlaşıb.

Hazırda "SOCAR Georgia petroleum" şəbəkəsində 1 litr dizel yanacağı 2,04 lari (1 dollar = 1,75 lari), Avropa standartlı dizel yanacağı 2,21 lari, "Requlyar" benzini 2,04 lari, "Avrorequlyar" - 2,08 lari, "Premium" - 2,16 lari, "Super" - 2,25 laridir.

"SOCAR Georgia petroleum" son 2 ayda şəbəkəsində neft məhsullarını 6 dəfə, cəmi 8-10 tetri ucuzlaşdırıb. /contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar