Bakıda güclü partlayış - Foto

Şirniyyat sexindəki partlayış bir nəfərin yaralanmasına səbəb olub

Bu gün saat 12 radələrində Bakının Suraxanı rayonu ərazisində güclü partlayış olub. ANS PRESS-in hadisə yerində olan müxbiri Ruslan Eldaroğlunun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsi Malik Mustafayev 5 ünvanında yerləşən şirniyyat sexində qeydə alınıb.

Hadisə nəticəsində sexin işçisi 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Həsənov ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar