Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışlayıb

Avropa İttifaqının xarici işlər naziri Ketrin Eştonla qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Füle birgə bəyanat yayaraq Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamını alqışlayıb.

APA-nın məlumatına görə, bəyanatda Avropa İttifaqının Azərbaycanla əlaqələrə önəm verdiyi vurğulanıb və münasibətlərdə hər iki tərəfin xeyrinə əhəmiyyətli potensial olduğu qeyd edilib: “Biz Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşür, açıq, əhatəli milli dialoqun ölkə üçün ən yaxşı yol olduğuna əminliyimizi bildiririk”.

Prezidentin əfv sərəncamı ilə adı siyasi məhbus siyahılarında keçən Həsən Hüseynli, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Elsevər Mürsəlli də azadlığa çıxıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar