Xalq Cəbhəsinin deputatlığa namizədinə sui-qəsd oldu

Ukrayna Xalq Cəbhəsindən deputatlığa namizəd Vladimir Borisenkoya Borispolda partlayıcı maddə atılıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, oktyabrın 20-də baş verən hadisə haqda deputat Nikolay Knyajitski öz facebook səhifəsində yazıb: “Bir saat əvvəl 98 sayı seçki dairəsindən deputatlığa namizəd Vladimir Borisenkonun həyatına qəsdə cəhd edilib.

O, həyətə itini yemləmək üçün çıxarkən odlu silahdan atəş açılıb, sonra ayaqlarının altına əldəqayırma partlayıcı maddə atılıb. Vladimir Borisenko zirehli gödəkcədə olduğundan güllə xəsarət yetirməyib. Deputatlığa namizəd şok vəziyyətində xəstəxanaya yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar